Gürcüstanın Müdafiə Nazirliyi Polşanın "MESKO SA" şirkəti ilə zenit-raket komplekslərinin alınmasına dair müqavilə imzalayıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Gürcüstanın müdafiə nazirinin müavini Georgi Xaindrava Polşanın "MESKO SA" şirkətinin nümayəndələri ilə görüşüb. Daha sonra Polşa istehsalı olan zenit-raket komplekslərinin alınmasına dair saziş imzalanıb.

Bundan əlavə, görüşdə tərəflər Gürcüstan üçün NATO standartlarına uyğun silahların tətbiqinin vacibliyini də müzakirə ediblər.

 

Əli Ağayev