Günəşdə M yüksək dərəcəli güclü partlayış qeydə alınıb.

İqtisadiyyat.az xəbər verir ki, tətbiqi Geofizika İnstitutun Heliogeofizika Xidmətindən verilən məlumata görə, rentgen diapazonunda 13 dəqiqə davam edən M1.3 partlayışı qeydə alınıb.

Kosmik havanın monitorinqi göstərib ki, son 24 saat ərzində Günəş partlayışlarının Yerin ionosferinə təsiri beş göstəricidən ən aşağı R1 səviyyəsindədir.

Qeyd edək ki, beş göstəricidə R1 ən aşağı təsir, R5 isə ekstremal təsirdir.