"Günay" firmasının ümumi yığıncağı keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, yığıncağın mayın 27-də keçirilməsi nəzərdə tutulub.

Yığıncaqda "Günay" firmasının təsisçisinin payının bağışlanması və firmanın nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi məsələləri müzakirə ediləcək.

Qeyd edək ki, "Günay" firması 1999-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 23506.80 manatdır.