Rusiya aviaşirkətinə məxsus sərnişinlərin olduğu təyyarədə yanğın baş verib.

Bu barədə İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, martın 7-də Moskvadan Xabarovska uçan təyyarədə gözlənilməz vəziyyət yaranıb. Uçuşun dördüncü saatı ərzində təyyarənin salonu tüstüdən buludlanmağa başlayıb.

Tüstüyə səbəb qısaqapanma olub. Ekipaj üzvləri dərhal su ilə yanğının böyüməsinin qarşısını alıblar.

Hadisə nəticəsində xəsarət alanların olmadığı qeyd edilir.