Çərşənbə günü bir sıra ölkələrdə "Google" və "Gmail"dən istifadədə problemlər yaranıb.

İqtisadiyyat.az Report-a istinadən xəbər verir ki, bu barədə məlumat məşhur internet resurslarının işini izləyən "Downdetector" xidmətinin səhifəsindən əldə olunub.

Məlumata görə, xidmətlərdə problemlər ABŞ-ın Şərq sahili vaxtı ilə təqribən 17:30-da başlayıb.

ABŞ sakinləri digər yerlərə nisbətdə daha tez-tez şikayətlənirlər, problemlər Avropadan olan istifadəçilərdə də müşahidə olunur.