Gömrükdə müsadirə olunaraq dövlət mülkiyyətinə keçmiş malların qiymətləndirilməsi aparılacaq.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı hazırlıqlara başlanılıb.

Dövlət Gömrük Komitəsi qiymətləndirmə işlərini “UNİPRİCE” şirkətinə həvalə edib.

Qurum malların qiymətləndirilməsi işlərini həyata keçirdiyi üçün bu şirkətə 68 min manat ödəniş edəcək.

Qeyd edək ki, qaydalara əsasən müsadirə edilən mallar dövlət mülkiyyətinə keçirilir və bu, Dövlət Gömrük Komitəsinin tabeliyindəki "Azərterminalkompleks" tərəfindən qəbul edilir. Dövlət mülkiyyətinə keçirilmiş mallar açıq gömrük hərraclarında satılır.