Yeddilik Qrupu (G7) ölkələri Ukraynanın dövlət borcunun ödənilməsini təxirə salmaq barədə razılığa gəliblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Müvafiq memoranduma dəyişiklikləri Ukrayna maliyyə naziri Sergey Marçenko dekabrın 21-də imzalayıb. Bu, dövlət zəmanətli borclar üzrə ödənişlərin dayandırılmasına dair memorandumun 2027-ci ilin mart ayına qədər uzadılmasına imkan verəcək.

Memorandumu imzalayanlar arasında Kanada, Fransa, Almaniya, Yaponiya, Böyük Britaniya və Amerika Birləşmiş Ştatları hökumətlərinin nümayəndələri də olub.

 

Gözəl Həşimova