Fransanın yeni baş naziri məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "BFMTV" kanalı məlumat yayıb.

Fransa prezidenti Emmanuel Makronun imzaladığı sənədə əsasən, Elizabet Bornu baş nazir vəzifəsindən azad edilib.

Onun yerinə isə Qabriel Attal təyinat alıb.

Qeyd edək ki, E.Bornu 2022-ci ilin mayından baş nazir vəzifəsində çalışırdı. 34 yaşlı Attal isə bu təyinatadək təhsil naziri olub.

Əli Ağayev