Fransa polisi və jandarma qüvvələri ötən gecə ölkəni bürümüş etiraz aksiyalarında iştirak edən 700-dən çox nümayişçini saxlayıb.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, ölkə boyu 719 nəfər saxlanılıb.

Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, etirazçılarla toqquşma zamanı 45 polis və jandarm yaralanıb.

*** 08:56

Fransada şənbədən bazara keçən gecə polis 427 etirazçını saxlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Gerald Darmanin tvitter səhifəsində paylaşım edib.

“Axşam saatlarından etibarən 427 nəfər saxlanılması qətiyyətini nümayiş etdirən polisin sayəsində gecə sakitləşdi”, - nazir yazıb.

Darmanin daha əvvəl demişdi ki, 45 min polis və jandarm əvvəlki gecə olduğu kimi xidmətdə olacaq.