Fransa xəstəxanalarında son bir gündə daha iyirmi üç nəfər koronavirusdan ölüb, bununla da pandemiya qurbanlarının ümumi sayı 29,6 min nəfəri ötüb.

Bu barədə bazar ertəsi ölkənin Səhiyyə Nazirliyi bildirib.

"Fransada epidemiyanın başlanğıcından 29 min 663 insan ölüb, onlardan 19 min 206-sı xəstəxanalarda vəfat edib”, - rəsmi məlumatda deyilir.

Sosial və tibbi-sosial müəssisələrdə ölənlər barədə məlumatlar iyunun 23-də yenilənəcək.

Qeyd edilir ki, hazırda ölkə xəstəxanalarında 9693 insan müalicə edilir. Son gün ərzində virusa yoluxmuş daha 142 pasiyent xəstəxanaya yerləşdirilib. Xəstəxanaların reanimasiya şöbələrində 701 insan müalicə edilir. Son 24 saatda daha 16 xəstə reanimasiya şöbələrinə yerləşdirilib.Report