Fransada terror aktları riski səbəbindən küçələrdə təhlükəsizliyi təmin etmək üçün 7 min əsgər təyin edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Naziri Gerald Darmani bildirib.

Məlumata görə, Fransada ordu küçələrə axışıb. Ölkədə “fövqəladə hücum” vəziyyəti tətbiq edilib. Qərar Fransada bir nəfərin öldüyü, üç nəfərin yaralandığı hücumdan sonra verilib.

Nazir vətandaşları diqqətli olmağa çağırıb. Ölkə ərazisində təhlükəsizliyin artırılması üçün əlavə tədbirlər görülür.

 

Gözəl Həşimova