Fransada evlərini odunla qızdıran ev təsərrüfatlarının dekabrın 27-dən etibarən dövlət yardımı üçün müraciət edə biləcəkləri açıqlanıb.

Təbii qaz qıtlığı səbəbindən evlərini qızdırmaq üçün taxta, yonqar və ya qranullardan istifadə edən fransızların hökumətdən 50 ilə 200 avro arasında yardım alacağı bildirilib.

Hökumət “fövqəladə enerji çeki” proqramının bu il odun qiymətlərinin 30 faiz artdığı üçün aztəminatlı ailələrin qışdan çıxmasına kömək etmək üçün nəzərdə tutulduğunu qeyd edib.