İyunun 27-də Fransanın Nanterre şəhərində 17 yaşlı sürücü Nael M.-in polis gülləsi ilə öldürülməsinə reaksiya verən gənclər küçələrə axışmağa davam edir. 

İqtisadiyyat.az xarici mətbuata istinadən xəbər verir ki, ölkə daxilində ən az 1000 bina və 5 min avtomobil yandırılıb. 

İndiyədək 3200-ə yaxın insan saxlanılıb.

Bundan başqa, polis etirazlara müqavimət göstərə bilmək üçün 45 min polis və jandarma ilə yanaşı, gecə saatlarında ölkənin hər yerində xüsusi polis qrupları da yerləşdirilib.