Fransanın cənubunda baş verən daşqınlar səbəbindən 7 nəfər itkin düşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Bildirilib ki, itkin düşənlərdən ikisi uşaqdır.

Güman edilir ki, həmin şəxlər avtomobildə olub və Nim şəhərinin Dion kəndində körpüdən keçmək istərkən çaya yuvarlanıblar.

Hazırda onların axtarışları aparılır.