Mayın 11-dən etibarən Fransada xüsusi icazə olmadan insanlar küçədə sərbəst hərəkət edə biləcəklər.

“RİA Novosti” xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Eduar Filipp parlamentdə çıxışı zamanı bildirib.

“Mayın 11-dən başlayaraq yenidən küçədə sərbəst gəzmək mümkün olacaq. Yaşayış yerindən 100 kilometrdən çox məsafədə səyahətlərə isə yalnız ailəvi və iş ehtiyacları yaranarsa, icazə veriləcək”, - deyə Filipp qeyd edib.

Xatırladaq ki, Fransada koronavirus pandemiyası səbəbindən insanların hərəkətinə martın 17-dən məhdudiyyət qoyulub. Ölkədə bütün kafe, restoran, kinoteatr, muzey, parklar, təhsil müəssisələri bağlanıb. 23,2 min nəfər Covid-19-dan dünyasını dəyişib, 128 mindən çox isə yoluxma faktı aşkarlanıb.