Fransa hakimiyyəti Arrasın şimal kommunasında bir məktəb müəlliminin öldürülməsindən sonra və İsraildəki böhran səbəbindən artan təhdidləri nəzərə alıb, bu səbəbdən ölkədə maksimum terror təhlükəsi səviyyəsi tətbiq edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.

Agentliyin sözlərinə görə, “terror hücumu təhlükəsi” səviyyəsi tətbiq edilib ki, bu da hazırkı Vigipirate anti-terror planında nəzərdə tutulan üç səviyyənin maksimumudur.