Selin Berton Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsinə (əks-kəşfiyyat) rəhbər təyin edilib və tarixdə bu vəzifəni tutan ilk qadın olub. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanin məlumat verib.

"Bu gündən etibarən Selin Burton Milli Təhlükəsizlik üzrə yeni Baş Direktordur", - deyə o, "X"də yazıb.

Daxili İşlər Nazirliyinin rəhbəri Burtonun terrorizmlə mübarizəyə verdiyi töhfəni xüsusi qeyd edib: "Onun fransızların təhlükəsizliyi ilə bağlı fədakarlığı hədsizdir".

Burton Milli Polis Akademiyasının məzunudur. O, polis həmkarlar ittifaqına rəhbərlik edib, sonra milli polis idarəsinin bütün səviyyələrini keçib. Fəxri Legion Cəngavəri rütbəsinə malikdir.