Azərbaycandan bu ilin yanvar-sentyabr aylarında Fransaya neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə artaraq 199 min ton təşkil edib.

Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə ölkənin Fransaya ixrac etdiyi neftin dəyəri isə 75,1 milyon dollar artaraq 118,6 milyon dollar olub.

 

Gözəl Həşimova