"Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb. 

İqtisadiyyat.az-ın məlumatına görə, "Ferrari" pilotu Şarl Lekler mübarizəni birinci pillədə bitirib. 

"Red Bull"dan Maks Ferstappen ikinci, onun komanda yoldaşı Serxio Peres üçüncü olub. 

"Ferrari"nin digər sürücüsü Karlos Saynz və "Mercedes"dən Lüis Hemilton ilk "5-liy"i tamamlayıblar. 

2021 və 2022-ci ildə də birinci yeri tutan Şarl Lekler ardıcıl üçüncü dəfə sıralama turunda lider olub.