Formula 1 Azərbaycan Qran Prisinin müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlar gedir.

İqtisadiyyat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.

Müqaviləyə əsasən Formula 1 Azərbaycan Qran Prisinin sonuncu ilidir.

Onun sözlərinə görə, müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlar gedir.

Ümidvarıq ki, Azərbaycan Qran Prisi keçirilməyə davam edəcək. Çünki Formula 1-in iqtisadi və sosial baxımdan faydaları çoxdur. Danışıqlar barədə yekun məlumatlar olan kimi ictimaiyyətlə bölüşüləcək”- T. Teymurov vurğulayıb.