Flamini Messi və Ronaldonu geridə qoyaraq dünyanın ikinci ən zəngin futbolçusu olub.

İqtisadiyyat.az xəbər verir ki,  "Milan"da oynayarkən biznesə girən və kimya fabriki quraraq Levulin turşusu istehsal etməyə başlayan fransız futbolçu bu sektorda dünya nəhənginə çevrilib.

2008-ci ildə karyerasını "Milan"da davam etdirərkən Flamini dünyanın ilk levulin turşusu istehsalçısı olan "GF Biochemicals" şirkətinin qurucu tərəfdaşlarından biri olub.

Levulin turşusu ekoloji cəhətdən təmiz yanacaqların istehsalı üçün əsas tərkib hissəsi hesab olunur. Torpaqda həll olunan pestisidlərin tərkibinə daxil olan bu maddə hava təravətləndirici və ətir istehsalında, əczaçılıqda da istifadə olunur.

TheSporting.blog-un məlumatına görə, Flamini sərvətini 14 milyard dollara çatdıraraq dünyanın ikinci ən varlı futbolçusu olub.

Siyahıda birinci yerdə Bruney şahzadəsi Cefri Bolkiahın oğlu Faiq Bolkiahdır. Bu iki addan sonra siyahıya Cristiano Ronaldo və Lionel Messi başçılıq edir.