"Yanvarın 14-dən sonra Finlaniya Rusiya ilə sərhəddə keçid məntəqələrini açmayacaq".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Finlandiyanın Baş naziri Petteri Orpo yerli kanala müsahibəsində bildirib.

Onun sözlərinə görə, qərar qəbul edərkən bir tərəfdə sərhəd və milli təhlükəsizlik, digər tərəfdə isə ölkədə yaşayan rusların vəziyyəti dayanır.

Eyni zamanda, o bildirib ki, hökumət yaxın bir neçə gün ərzində yeni qərar qəbul etməlidir.

Xatırladaq ki, Finlandiya hökuməti ötən ilin noyabrın 30-dan dekabrın 14-dək Rusiya Federasiyası ilə sərhəddəki bütün avtomobil buraxılış məntəqələrini bağlamaq qərarına gəlib.

 

Gözəl Həşimova