“Finlandiya Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv olduğuna görə nüvə silahlarının tranzitinə icazə verə bilər”.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Finlandiyanın Baş naziri Petteri Orpo bildirib.

“Finlandiya NATO-ya üzv olmaq üçün ərizəsini təqdim edərkən artıq heç bir məhdudiyyətin olmayacağına qərar vermişdi, lakin hələ də təfərrüatlar, məsələn, nüvə silahlarının necə ötürülməsi ilə bağlı qərar verilməlidir”, - deyə o qeyd edib.

Hazırda Finlandiyaya nüvə silahının idxalı qadağandır.

 

Gözəl Həşimova