Finlandiya hakimiyyəti gəmilərin təhlükəsizliyini təmin etmək üçün tezliklə Qırmızı dəniz regionuna hərbi personal göndərmək barədə qərar qəbul edəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə çərşənbə günü ölkənin ictimai yayımı Yle məlumat yayıb.

Aydınlaşdırılıb ki, bu, martın 1-də işə başlayan Finlandiya prezidenti Aleksandr Stubbın ilk qərarlarından biri məhz sözügedən qərar olacaq.

Məlumatda bildirilib ki, göndərilən hərbi qulluqçuların sayı 10 nəfərdən az olacaq. Yle qeyd edir ki, daha əvvəl İsveç bu bölgəyə hərbi personal göndərdiyini bəyan edib.