“Finex Kredit” BOKT-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, yığıncağın iyulun 5-də keçirilməsi nəzərdə tutulub.

Yığıncaqda Müşahidə Şurasının tərkibi barədə müzakirələr aparılacaq.

Qeyd edək ki, “Finex Kredit” BOKT 2013-cü ildən fəaliyyət göstərir. Kredit təşkilatının nizamnamə kapitalı 1 494 000 manatdır.