Filippinin Mindoro adasında 5,7 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, zəlzələnin episentri 4 min nəfər əhalisi olan Adela yaşayış məntəqəsindən 2 kilometr şimal-qərbdə yerləşib. Yeraltı təkanlar 40 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.