Filippinin Mindano adasında rixter cədvəli üzrə 6,6 bal gücündə zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, yeraltı təkanların episentri yerin 50 kilometr dərinliyində yerləşib. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, iki həftə əvvəl bölgədə rixter cədvəli üzrə 6,4 bal gücündə zəlzələ baş verib.