FİFA prezidenti Canni İnfantino zəlzələdə həyatını itirən vətəndaşlara başsağlığı mesajı verib.

 İqtisadiyyat.az xəbər verir ki, FİFA prezidenti Canni İnfantino Kahramanmaraşda baş verən və ətraf əyalətlərdə də dağıntılara səbəb olan zəlzələlərdə zərər çəkən vətəndaşlar üçün başsağlığı mesajı verib. FİFA-nın sosial media hesabından açıqlama verən İnfantino, futbol ictimaiyyəti adından Türkiyə və Suriyada baş verən zəlzələlərdə həyatını itirənlərin ailələrinə başsağlığı verib.

"Onlar üçün dua edirik. iki ölkə xalqları ilə həmrəylik və onlara dəstəyimiz".