FIFA milli komandaların reytinqini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan yığması 1174,22 xalla 114-cü sırada qərarlaşıb. Milli ötən siyahı ilə müqayisədə 6 pillə irəliləyib.

Azərbaycan millisi noyabrda Avro-2024-ün seçmə mərhələsində İsveçi məğlub edib (3:0), Belçikaya isə böyük hesabla uduzub (0:5).

113-cü sırada 1176,22 xalla Tayland, 115-ci sırada isə 1168,38 xalla Namibiya yer alıb.

Reytinq cədvəlinə 1855,2 xalla Argentina yığması başçılıq edir