FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

İqtisadiyyat.az AFFA-nın saytına istinadən xəbər verir ki, sonuncu dəfə ötən ilin dekabr ayında açıqlanmış reytinq cədvəli ilə müqayisədə Azərbaycan milli komandası 3 pillə geriləyərək 1142 xalla 124-cü pillədə qərarlaşıb.

Azərbaycan yığması ötən ay Avro-2024-ün seçmə mərhələsində Avstriyaya 1:4, İsveçə isə 0:5 hesabıyla uduzub.

Reytinq cədvəlinə 1840 xalla Argentina yığması başçılıq edir.