Türkiyə Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

İqtisadiyyat.az xəbər verir ki, "Fənərbaxça" doğma meydanda "Kayserispor" klubunu qəbul edib. 5 qolun vurulduğu matçda "Sarı-Lacivertli" klub 4-1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, "Fənərbaxça" yarımfinalda "Sivasspor" klubu ilə qarşılaşacaq.