"Fənərbağça"nın yeni mövsümdən əvvəl Moskva "Dinamo"sundan 9,75 milyon avroya transfer etdiyi Sebastyan Şimanski qısa müddətdə göstərdiyi performansla hər kəsin sevimlisinə çevrilib.

Türkiyə Super Liqası və Avropa matçlarında effektiv oyunu ilə diqqət çəkən Sebastyan Şimanskinin adı transfer söz-söhbətlərində hallanmağa başlayıb.

Futbolçunun ölkəsi Polşada 24 yaşlı futbolçu ilə bağlı diqqətçəkən transfer iddiası ortaya atılıb.

İqtisadiyyat.az "Rzeczpospolita"ya istinadən xəbər verir ki, Sebastyan Şimanskiyə "Çelsi", "Liverpul" və "Mançester Yunayted" xüsusi maraq göstərir.

Digər tərəfdən xəbərdə Şimanskini gündəmdə saxlayan komandalardan biri də "Napoli" olduğu vurğulanıb.

"Napoli" ilə müqaviləsinin son ilində olan Piotr Zielinskinin gələcəyinin qeyri-müəyyən qaldığı və İtaliya komandasının yeni yarımmüdafiəçiyə ehtiyacı ola biləcəyi bildirilir.

Bu mövsüm "Fənərbaxça"nın heyətində ümumilikdə 29 matçda meydana çıxan Şimanski 11 qol vurub, 10 məhsuldar ötürmə edib.