Fələstinin baş naziri Mohammed Ştayye çərşənbə axşamı Ramallahda Norveçin Yaxın Şərq sülh prosesi üzrə xüsusi nümayəndəsi Hilda Haraldstad ilə Qəzza zolağı və İordan çayının qərb sahilindəki vəziyyəti müzakirə edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə WAFA xəbər agentliyi məlumat yayıb. 

Ştayye söhbət zamanı deyib: "Prioritetlər Qəzza zolağında Fələstin xalqına qarşı təcavüzü dayandırmaq, onlara yardım çatdırmaq, fələstinlilərin köçkünlük həyatının və onların torpaqlarının işğalının qarşısını almaq, Qəzza zolağı ilə bağlı bütün keçid məntəqələrini açmaq, elektrik enerjisini, su təchizatı bərpa etmək, işğalçı ordunun və yəhudi məskunlaşmalarının Qüds də daxil olmaqla İordan çayının qərb sahilində Fələstin xalqına qarşı bütün pozuntularını və hücumlarını dayandırmaqdır".