"Fələstin prezidenti Mahmud Abbasın Rusiyaya gözlənilən səfəri zamanı Yaxın Şərq böhranı və Fələstin problemi müzakirə olunacaq". 

İqtisadiyyat.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya XİN rəhbərinin müavini Mixail Boqdanov deyib.

"Fələstin Prezidentinin Rusiyaya səfərə gəlməsi ilə bağlı razılığımız var. Mövzumuz Yaxın Şərq böhranı, Fələstin problemi olacaq", - Boqdanov qeyd edib.

Bundan əvvəl Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib ki, Abbasın Rusiya Federasiyasına səfəri razılaşdırılıb və yaxın gələcəkdə baş tutacaq. Ancaq dəqiq tarix verilməyib.