FED rəhbəri Jerome Powell, Nyu-Yorkda verdiyi açıqlamada, “hədəfimiz inflyasiya göstəricisini 2%-də saxlamaqdır” deyib.

İnflyasiya göstəricisinin 2% ətrafında olduğunu deyən Powell, “İnflyasiya 2018-də 2%-ə yaxın olduğu halda, 2019-da daha aşağı göstəriciyə malikdir. İnflyasiyadakı enmə gözləntidən daha çox qala bilər. FOMC, hələ də inflyasiyanın 2% səviyyəsinə qayıtması fikrində qalmaqdadır. İnflyasiya meylləri pul siyasətində boşluqlar üçün arqumentdir” sözlərini işlədib.

İqtisadiyyat.Az-ın xarici mediaya istinadən məlumatına görə, Jerome Powell, ABŞ iqtisadiyyatına yönəlmiş aşağı risklərin artdığını və son zamanlarda siyasətçilər arasında faiz endiriminə gedilməsi fikirlərinin gücləndiyini söyləyib.

Powell, “FED məlumatları yaxından izləyir və buna uyğun davranır. Gözləyib hər şeyi görmək istəyirik. Çünki son dönəmdəki dəyişikliklər son dərəcə sürətlidir” deyib.

Powell, “Böhrandan bu yana neytral faiz göstəricisi əhəmiyyətli dərəcədə düşüb. Maliyyə şərtlərindəki sürətli dəyişiklikləri tapmağa çalışırıq. Çünki bazarlar risklərə qarşı həssas yaxud sərt reaksiyalı ola bilər” şəklində danışıb.

 

Mehman Nəbiyev