ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrinin artırılmasında daha “aqressiv” olacağına dair siqnalı riskli aktivlərin cəlbediciliyini azalda və inkişaf etməkdə olan bazar valyutalarının daha da ucuzlaşmasına səbəb ola bilər.
İnkişaf etməkdə olan ölklələrin Bazar Valyuta İndeksi 0,3 faiz azalaraq üç həftənin ən böyük enişidir. ABŞ-ın 10 illik istiqrazlarının gəlirliyi 2021-ci ildəki pik həddinə yaxınlaşaraq 1,75%-i keçib.

FED-in dekabr iclasının protokolları göstərdi ki, siyasətçilər daha əvvəl sərtləşdirməyi və balansını daraltmağı düşünürlər.Bu gözlənti onsuz da dolların bahalaşması, inflyasiyanın artması və Kovid-19 yoluxma ilə mübarizə aparan inkişaf etməkdə olan ölkələrin aktivlərinə əlavə təzyiq göstərə bilər.

Londondakı InTouch Capital Markets-in baş valyuta strateqi Piotr Matys bildirib ki, sürətlə artan istiqraz gəlirləri inkişaf etməkdə olan bazar aktivlərinin cəlbediciliyini azaldıb. Matys xüsusilə Mərkəzi Bankların hələ faiz artımına başlamadığını və mənfi real faiz dərəcələri olan ölkələrin “ən kövrək ölkələr” olacağını bildirib.

Cümə axşamı ən çox ucuzlaşan valyutalar Malayziya ringgiti, türk lirəsi və Tayland bahtı olub, Rusiya rublu və Cənubi Afrika randı isə dollar qarşısında möhkəmlənib.