FED-in gələn ildən etibarən faiz dərəcəsini azaldacağı gözlənilir. 

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, bununla bağlı Amerika Bank Assosiasiyasının (ABA) İqtisadi Məsləhət Komitəsi araşdırma aparıb.

Araşdırmaya görə, iri bankların baş iqtisadçıları qarşıdakı rüblərdə tənəzzül olmayacağı qənaətinə gəliblər. Belə ki, qarşıdakı dövrdə artım tempinin əhəmiyyətli dərəcədə azalması mümkündür. 

Bundan başqa, sentyabrın 20-də faiz qərarını açıqlayacaq FED-in faiz dərəcələrini sabit saxlayacağı  gözlənilir. 

Qeyd edək ki, ABA komitəsinə JPMorgan, Morgan Stanley və Wells Fargo kimi böyük bankların baş iqtisadçıları daxildir.

Gülşən Şərif