"Qalatasaray" klubunun və Türkiyə millisinin sabiq üzvü Fatih Terim Yunanıstanın "Panathinaikos" klubunu çalışdıracaq.

İqtisadiyyat.az  xəbər verir ki, türkiyəli çalışdırıcının yunan klubunda alacağı maaş bəlli olub. Yunanıstan mətbuatında gedən xəbərlərə görə Fatih Terim klubun sabiq baş məşqçisi İvan Yovanoviçlə eyni maaşı alacaq.

İvan Yovanoviç "Panathinaikos"da ilinə 900 min avro qazanırdı.

Qeyd edək ki, Fatih Terim Yunanıstan təmsilçisi ilə 1,5 illik müqavilə imzalayacaq.