"Nar"ın Korporativ Ünsiyyət departamentinin direktoru Əziz Axundov tutduğu vəzifədən ayrılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Əziz Axundov özü məlumat yayıb.

O, paylaşımında "Nar"dan ayrılmağın zamanının çatdığını vurğulayıb:

"Bir qədər fasilə götürüb mənə təklif olunan yeni fürsətləri qiymətləndirib, karyeramda yeni mərhələyə hazırlaşmaq istəyirəm. Hər şey dəqiqləşəndən sonra mütləq yeni xəbərləri paylaşacağam".

Qeyd edək ki, Əziz Axundovun “Nar”dakı vəzifəsindən ayrılması ilə bağlı ilk məlumatı businesstime.az saytı yayıb.