Bakıda kafedə bıçaqlanma hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən İqtisadiyyat.az-a verilən məlumata görə, iyunun 28-də saat 01 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yerləşən kafelərin birində Bakı şəhər sakini Akif Məcidov münaqişə zəminində paytaxt sakini əvvəllər məhkum olunmuş Zaur Nemətova bıçaqla xəsarət yetirib.

Nəticədə Z.Nemətov xəstəxanaya aparılarkən ölüb. Xəzər rayonu 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən A.Məcidov tutularaq istintaqa təhvil verilib.