ABŞ prezidenti Donald Tramp, Türkiyənin S-400 alması ilə bağlı, “Əvvəlki rəhbərlikdə bu işlər daha yaxşı aparıla bilərdi. Əvvəlki rəhbərlik Türkiyə mövzusunda çox böyük xəta etdi” deyib. Tramp həmçinin S-400 mövzusunda, “Hazırda Türkiyəyə sanksiya tətbiq etmək məsələsinə baxmırıq” deyə danışıb.

İqtisadiyyat.Az “İxlas” xəbər agentliyinə istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Hollandiya baş naziri Mark Rutte ilə Ağ Evdə görüş zamanı deyib. Tramp, Türkiyənin S-400 alması ilə əlaqədar sanksiya olub-olmayacağı barədə “O məsələyə baxırıq. Bir çox səbəbdən çox çətin vəziyyətdir. Əvvəlki hakimiyyət zamanı bu işlər daha yaxşı aparıla bilərdi.Bizdən əvvəlki hakimiyyət Türkiyə mövzusunda çox böyük xəta etdi. Bu çox pis idi” ifadələrini işlədib.

“Sanksiya mövzusunda hələki bir açıqlamamız yoxdur” deyən Tramp, mövzu ilə maraqlandıqlarını bildirib. Tramp, Rutte ilə görüşdən əvvəl ABŞ Paralimpiya Komandasını mükafatlandırmaq üçün təşkil olunan mərasim zamanı jurnalistlərin zaldan çıxarıldığı an gələn Türkiyəyə sanksiya olub-olmayacağı sualına isə “Hazırda Türkiyəyə sanksiya məsələsinə baxmırıq” deyə cavab verib.

 

Mehman Nəbiyev