Avropa Kosmik Agentliyi (ESA) tərəfindən hazırlanan Evklid teleskopu dünən Elon Maska məxsus SpaceX tərəfindən kosmosa buraxılıb.

İqtisadiyyat.az xəbər verir ki, ESA tərəfindən hazırlanan teleskop kainatın böyük bir hissəsini əhatə etdiyinə inanılan, lakin birbaşa təsbit edilə bilməyən qaranlıq maddə və qaranlıq enerjini araşdıracaq.

ESA Evklid proqramı çərçivəsində kainatın əsas bünövrəsi sayılan bu iki sirli komponenti araşdıraraq, kainatın nədən ibarət olduğunu öyrənməyə çalışacaq.