"Qəzza zolağında gərginliyin artması və Misir sərhədləri yaxınlığında İsrail qüvvələri ilə Fələstin qrupları arasında baş verən silahlı toqquşmalar hazırda ölkə üçün əsas problemlərdir". 

İqtisadiyyat.az xəbər verir ki, bu fikri Misir prezidenti Əbdülfəttah əs-Sisi deyib.

"Mən Misirin indi üzləşdiyi problemlərin miqyasını başa düşürəm. İndi Misirin şərq sərhədləri boyunca davam edən Qəzza zolağında müharibə bu problemlərin ön sırasındadır", - prezident bildirib.