Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycanın suverenliyini tam təmin etməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edib.

İqtisadiyyat.az xəbər verir ki, o, təbrikini oktyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən çatdırıb.

E.Tatar həmçinin Bakıda təşkil olunan Şimali Kiprin Mədəniyyət Günləri çərçivəsində keçirilən tədbirlərdən məmnunluq ifadə edərək, yaradılan şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.