Ermənistanda qadınlar da orduya cəlb edilir. 

İqtisadiyyat.az xəbər verir ki, bu gün ölkə parlamenti bununla bağlı layihəni birinci oxunuşda qəbul edib. 

Bildirilib ki, 18-27 yaşlı qadınlar hərbi hissələrdə kurs keçəcəklər. Təşkil olunan kursların ilkin müddəti 6 ay olacaq. Altı aydan sonra isə onların beş illik xidmətə keçmək mümkün olacaq. 

Altı aylıq xidmətdən sonra qadınlar 1 milyon dram (təxminən 2,5 min dollar) mükafat alacaqlar. Xidmətini 5 il davam etdirmək istəyənlər isə 5 milyon dram (12 min dollar) ödəniş alacaqlar.