Ermənistanda koronavirusdan daha 1 nəfər virusdan ölüb.
Yeniavaz.com xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bildirilib ki, ölkədə virusa yoluxanların sayı 112 nəfər artaraq 2 619-yə yüksəlib.
Məlumata görə, pandemiyadan ümumilikdə 40 nəfər ölüb.