Ermənistanda daha 97 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 43 878-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 881-ə çatıb. İndiyədək 38 356 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 4 373 aktiv koronavirus xəstəsi var.report