Ermənistanda daha 442 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 34 001-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 13 nəfər artaraq 620-yə çatıb. İndiyədək 22 492 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 10 692 aktiv koronavirus xəstəsi var.