Ermənistanda son sutkada 523 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 26 065-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 10 nəfər artaraq 453-ə çatıb. İndiyədək 14 563 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 10 900 aktiv koronavirus xəstəsi var.report