Ermənistanda son sutkada 593 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 26 658-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 6 nəfər artaraq 459-a çatıb. İndiyədək 15 036 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 11 010 aktiv koronavirus xəstəsi var.report